Çoxəsrlik tariximizə nəzər salsaq görərik ki, Azərbaycan bu gün heç vaxt olmadığı qədər güclü və qüdrətlidir. Biz bunu bir çox aspektdə izah edə və faktlarla nümayiş etdirə bilərik. Belə ki, həm suverenliyi, həm siyasi, həm iqtisadi inkişafı, müstəqil xarici siyasəti, beynəlxalq birlik tərəfindən qəbul edilməsi və dəstəklənməsi, etibarlı tərəfdaş imici ilə arzuolunan və dost ölkə kimi tanınması, xalq-dövlət-lider birliyi kimi hər bir dövlətin arzuladığı, lakin nail ola bilmədiyi xüsusiyyətləri özündə birləşdirən Azərbaycan son 21 ildə qarşıya qoyduğu bütün vəzifələrə nail olub.

Əlbəttə ki, bütün qeyd etdiyimiz amillər ötən dövr ərzində öz-özündən formalaşmayıb. Əsası Ulu Öndər tərəfindən qoyulmuş müasir dövlətimizin əsasları son iyirmi il ərzində dahi Liderin layiqli siyasi varisi, Müzəffər Ali Baş Komandan kimi adını tariximizə əbədi, qızıl hərflərlə yazdırmış cənab İlham Əliyev tərəfindən mükəmməl formada davam və inkişaf etdirilmişdir.

Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar

2003-cü il oktyabr ayının 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Həmin il 15 oktyabr tarixində Azərbaycan xalqının yekdil səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Ümummilli lider Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Cənab Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə sürətli inkişafına nail olub. İnsanların rifah halı daha da yaxşılaşıb, Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir, qüdrətli, Qalib ordu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ən əsası isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib.

Bu tarixi hadisə ilə, eyni zamanda Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu reallaşıb. Hər birimiz gözəl xatırlayırıq ki, 44 günlük Vətən Müharibəsi dövründə Ali Baş Komandan cənab İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu “Dəmir yumruq” kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Həmin dövrdə bütün müjdəli xəbərləri Azərbaycan xalqına məhz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırırdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Dövlət başçımız informasiya cəbhəsində təkcə Ermənistanın deyil, onun məkrli havadarlarının da bütün anti-Azərbaycan təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi. Ötən ilin sentyabrın 19-da isə Azərbaycan 4 il öncə bizdən asılı olmayan səbəblərdən yarım qalmış işini tam şəkildə bitirdi. Üçtərəfli bəyanatın müddəalarının tam təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Suveren ərazilərimizdə qalmış Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və bütün bunların əsasında dayanan Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Nə qədər təəcüblü də olsa, cəmi 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində düşmən təkrar ağ bayraq qaldırdı. Bəli bu fakt özlüyündə bir daha Azərbaycanın, onun Qalib Ordusunun və bütün bunların fövqündə duran Müzəffər Ali Baş Komandanımızın gücünü, qətiyyətini, dərin düşünülümüş siyasətini nümayiş etdirdi.

Əziz Zərbəliyev;
Neftçala rayonu, müəllim

ETX
AzeriQaz
ETX
AzeriQaz
ETX
AzeriQaz