Rusiya qazının tranzitinin dayandırılmasından ən çox zərər görəcək ölkələrin adları açıqlanıb.
Bakıvaxtı.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.
Məlumata görə, 2025 - ci ildən Rusiya qazının Ukrayna ərazisindən tranzitinin tamamilə dayandırılması daha çox Avstriya , Slovakiya , Çexiya , İtaliya , Moldova və qismən Macarıstana təsir edəcək.
Bildirilib ki, həmin ölkələr daha bahalı LNG almağa və ya kömür istehlakını artırmağa məcbur olacaqlar.
Mina Mikayılova