AZ

“Bayern Münhen” “Borussiya”nın futbolçusunu istəyir

Almaniyanın “Bayern Münhen” klubu Dortmund “Borussiya”sında çıxış edən Ceymi Bayno-Qittenslə maraqlanır.

Msport.az xəbər verir ki, bu barədə jurnalist və insayder Florian Plettenberq sosial şəbəkə hesabında bildirib.

Münhen təmsilçisi 20 yaşlı ingiltərəli vingeri heyətinə qatmaq niyyətindədir.

Klub yayda oyunçu üçün “Borussiya”ya müraciət edəcək.

Qeyd edək ki, Ceymi Bayno-Qitten cari mövsüm 23 oyunda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
6
msport.az

1Mənbələr