AZ

Ukraynalılar Kurskda yaralıları evlərdə qoyub geri çəkilirlər

Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbçiləri Kursk vilayətindəki kəndlərdən birindən geri çəkilərkən yaralı əsgər yoldaşını evdə qoyublar.

Bu barədə "Gazeta" Rusiya Silahlı Qüvvələrinin bölmə komandirinə istinadən məlumat yayıb.

“Qəsəbədə "təmizlənmə" tədbirləri görülən zaman kəşfiyyatımız evlərdən birində çarpayının altında Ukrayna Silahlı Qüvvələrinin əsgərini aşkar edib. Dindirilmə zamanı məlum olub ki, düşmən orada müdafiə mövqeyi tutmaq istəyib. Lakin son anda hamı bu ayağından yaralı olanəsgəri ağır halda tərk edib. O, da çarpayının altında gizlənib",- komandir qeyd edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
11
news365.az

1Mənbələr