Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan Nikol Paşinyanın debatda iştirak etmək çağırışına cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
“Köçəryan uzun müddətdir ki, baş nazirin mənasız qeydlərini oxumur. Müzakirə üçün mübahisəli mövzu olmalıdır. Qarabağın Azərbaycan tərəfindən geri qaytarılmasının indiki baş nazirin şəxsi “xidməti” olması isə danılmaz tarixi faktdır və bu, bütün ağıllı insanlar üçün aydındır", - Mikoyan qeyd edib.
Birinci prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan da öz Facebook səhifəsində mövzuya münasibət bildirib.
Onun sözlərinə görə, debatlar dövlətimiz və cəmiyyətimiz üçün son dərəcə faydalı olardı".
"Nəticədə mübahisənin hər iki tərəfi haqlı olaraq bir-birini yalançı adlandıracaq.
Üstəlik, Nikol Paşinyan - Nikol Paşinyan debatı təkcə Qarabağ məsələsində deyil, istənilən başqa mövzuda da son dərəcə faydalı olardı: Amulsar, səfirlərin təyinatının siyasiləşdirilməsi, dövlət büdcəsinin israfçılığı, məhkəmə sisteminin müstəqilliyinin məhv edilməsi. və s.”, - Musinyan yazıb.
“Ermənistan” blokundan olan deputat, Robert Köçəryanın oğlu Levon Köçəryan da Nikol Paşinyanın paylaşımına cavab verib.
O, qeyd edib ki, Paşinyan növbəti dəfə yalan danışıb, guya 1994-cü ildən Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar aparılıb:
“Sübut olunub ki, danışıqlar həmişə Qarabağın Ermənistana birləşdirilməsi və ya Qarabağın müstəqilliyi ilə bağlı olub. Bu heç kimin inkar edə bilməyəcəyi bir həqiqətdir".
Xatırladaq ki, sosial şəbəkələrdə "Mən Ermənistanın keçmiş prezidentləri ilə canlı debatlar formatında dediklərimi əsaslandırmağa hazıram" fikirlərini yazıb:
“Yaxşı ki, keçmiş prezidentlər Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı yazıma öz nümayəndələri vasitəsilə cavab verdilər, amma mən nümayəndələrin arxasında gizlənmirəm.
Məncə, onların da gizlənməməsi düzgün olardı. Bu gün vəzifəmə etiraz edən sabiq prezidentlərin reaksiyasını gözləyirəm”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta