İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan istər iqtisadi, istər siyasi, istər hərbi və ümumilikdə bütün sahələrdə uğurla inkişaf edir.
Hərbi qüdrətimizin paralel statistikası onu deməyə əsas verir ki, ötən dövr ərzində Azərbaycanın hərbi potensialı durmadan inkişaf edib. 44 günlük vətən müharibəsində əldə olunan möhtəşəm qələbə bunun əyani göstəricisidir. Hətta post-müharibə dövründə, 2025-ci ilin dövlət büdcəsində hərbi xərclərin kifayət qədər çox olması onu deməyə əsas verir ki, hərbi potensialın inkiaf etdirilməsi hökumətin prioritet sahələrindəndir ki, bu da Azərbaycana qarşı baş verəcək ərazi iddialarının zamanında və qətiyyətlə alınmasında mühüm rol oynayacaq.
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikirləri ilə cənab Prezident Azərbaycan xalqının sosial-rifah halının yüksəldilməsi ilə bağlı həyata keçirdiyi sosial siyasət nəticəsində sosial müavinətlər, əmək haqqları və digər sosial ödənişlər davamlı olaraq artırılır. 2025-ci ildə minimum əmək haqqının 400 manat təşkil etməsi ilə bağlı imzalanan sərəncam da bu qəbildəndir.
Ümumilikdə Azərbaycan regionda ən çox sosial islahat paketləri həyata keçirən ölkədir. Belə ki, bu gün dünyanı ən ciddi narahat edən məşğulluq probleminin həlli ilə bağlı icra edirən Özünəməşğulluq siyasəti nəticəsində regionlarda yeni-yeni iş yerləri yaradılıb ki, bu da vətəndaşların sosial-rifah halına öz müsbət təsirlərini göstərir.
Müasir mərhələdə inkişafın Azərbaycan modelinin səciyyəvi xüsusiyyətlərindən biri bütün sahələrdə tərəqqiyə xidmət edən ardıcıl, çoxşaxəli, kompleks xarakterli islahatların həyata keçirilməsidir. İslahatların effektivliyini təmin edən strateji faktor isə Prezident İlham Əliyevin siyasi iradəsidir.
Heç şübhəsiz, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır və kompleks xarakter daşıyır. İslahatlar müxtəlif sahələri əhatə edir, icra strukturlarında, idarəetmə orqanlarında, qanunvericilik sahəsində ardıcıl reformalar aparılır. Eyni zamanda, institusional, kadr islahatları uğurla davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar, demək olar ki, bütün sahələri əhatə edir".
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi olaraq, Azərbaycan sabitlik adası və inkişaf məkanı kimi tanınır. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Şübhəsiz ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir.
Naxçıvan Heydər Əliyev adına məktəbin müəllimi Arzu Həziyeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31