AZ

İtaliya Ukraynaya hərbi yardımı davam etdirəcək – ÖZƏL

Bazar ertəsi - 23 dekabrda İtaliyanın Baş naziri Corca Meloninin kabineti Ukraynaya hərbi dəstəyin davam etdirilməsini təsdiqlədi. 

Olaylar.az xəbər verir ki, Bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, qəbul edilən qanun fərmanında Ukrayna dövlət qurumlarına hərbi texnika, materiallar və avadanlıqların ötürülməsi ilə bağlı "təcili tədbirlər" nəzərdə tutulur. Bununla yanaşı, 2025-ci ilin iyulunda İtaliyanın Ukraynanın bərpası üzrə dəstək konfransına ev sahibliyi etməyi planlaşdırdığı bildirilib.

Qeyd edək ki, ötən gün Almaniyanın Ukraynaya yeni hərbi yardım paketi göndərdiyi məlum olub. Bu paketə raketlər, qumbaraatanlar, pilotsuz uçuş aparatları, döyüş sursatları və digər hərbi vasitələr daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr