AZ

“Grand Motors Company” ilə bağlı hansı tədbir görüləcək?

Tikinti, kənd təsərrüfatı və xüsusi təyinatlı texnikaların idxalı, satışı və servis xidmətini həyata keçirən dünyaca tanınmış istehsalçıların Azərbaycandakı rəsmi təmsilçisi olan “Grand Motors Company” QSC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, QSC-nin İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 578.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

“Grand Motors Company” ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Növbəti ilin 8 yanvar tarixində hakim Orxan Məmmədlinin sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Seçilən
1
tribunainfo.az

1Mənbələr