ABŞ-ın Havay ştatında Kilauea vulkanında püskürmə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi açıqlama verib.
Bildirilib ki, vulkan yerli vaxtla saat 03:00 radələrində aktivləşib.
Açıqlamada vulkanda aktivliyin gün ərzində davam etdiyi, lakin partlayışın bölgə sakinləri üçün təhlükə yaratmadığı bildirilib.
Lavanın təqribən 650 dekar ərazini əhatə etdiyi və partlayışlar səbəbindən vulkanik qaz emissiyalarının yüksək olduğu bildirilib.
Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən bəri püskürmələr yaşayır.
Nuriyyə Musayeva