"Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti və yüksək diplomatik qabiliyyəti sayəsində bu gün Azərbaycan həm regionda, həm də dünyada güclü dövlətlər sırasındadır".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.
Emil Əkbərov qeyd edib ki, təkcə son 4 ilə nəzər salsaq görərik ki, cənab İlham Əliyev ki, ölkə başçısının idarə etdiyi dövlətin vətəndaşı olduğumuz üçün çox şanslıyıq:
"2003-cü ilin 15-də xalqımızın böyük səs çoxluğu Cənab Prezident İlham Əliyev ölkə başçısı seçməklə tək Azərbaycanın deyil, həm regionun sabitliyini həm də təhlükəsizliyini təmin etmiş oldu:
"Elə həmin ildən başlayaraq ölkəmizin bütün sahələrin inkişafı etdirilməsi istiqamətində cənab Prezident İlham Əliyev tərəfindən lazım olan bütün dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verildi və addımlar atıldı. Aparılan struktur islahatları və zamanında atılan addımlar qısa müddət ərzində öz müsbət nəticəsini göstərdi. İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etməklə yanaşı həm də ölkəmizi mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanıtdı. Xüsusilə də ordu quruculuğu sahəsində atılan addımlar və gənclərin potensialından səmərəli istifadə olunması Azərbaycanın intensiv inkişafını, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edən fundamental faktorlardan biri oldu. 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyi döyüş meydanında dövlətimizin gücünü tək düşmənə deyil, bütün dünyaya göstərdi. Cənab Prezident İlham Əliyev güclü sərkərdə kimi adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirib. Məhz Ali Baş Komandan İlham Əliyev dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək xalqımıza verdiyi sözün onun üçün nə qədər dəyərli olduğunu sübut etdi".
Emil Əkbərov vurğulayıb, 44 gün ərzində dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verərək münaqişə ilə bağlı əsl həqiqətləri, ölkəmizin haqq səsini bütün dünyada çatdırdı:
"İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələri ilə milli mətbuatımızın fəaliyyətinə istiqamət verən Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrdə münaqişə ilə bağlı dünyanın fikrini dəyişərək ölkəmizi tək döyüş meydanında deyil, həm də informasiya savaşında qalib etdi. 44 günlük Vətən müharibəsində və 1 günlük anti-terror əməliyyatında əldə etdiyimiz möhtəşəm zəfər regionda yeni dövrün başlanğıcı oldu. Ən önəmlisi isə COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməyimiz, verilən qərarlar və razılaşmalar ölkəmizin gücünü bir daha sübut etdi. D-8-ə üz olmağımız isə Azərbaycan etibarlı tərəfdaş olmasının göstəricisidir. Əminəm ki, bundan sonra da cənab Prezident İlham Əliyevlə daha böyük uğurlara imza atacaq. Fürsətdən istifadə edərək Müzəffər Ali İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ona cansağlığı, səadət və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Ad gününüz mübarək Müzəffər Ali Baş Komandan!"