AZ

Rəqəmsal təhsil sistemi ənənəvi təhsil sistemini əvəz edə bilər? - EKSPERT AÇIQLADI

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə, rəqəmsal platformalar təhsilin ənənəvi metodlarına yeni alternativlər təklif edir. Xüsusilə onlayn təhsil, hər kəsə fərqli yerlərdən və zaman çərçivəsində bilik əldə etmək imkanı yaradır.

Mövzu barədə təhsil eksperti Əmrah Həsənli SİA-ya açıqlamasında deyib: "Onlayn təhsilin bir neçə vacib üstünlüyü vardır ki, bu artıq əlçətanlıqdır. Onlayn təhsil tələbələrə coğrafi mühit məhdudiyyətlərindən asılı olmayaraq təhsil almaq imkanı verir. Bu xüsusiyyət əsasəndə kənd və uzaq bölgələrdə yaşayan şagirdlərüçün də əsas məqamlardan biridir. Fərdi təhsil, onlayn təhsil özünü inkişafetmə bacarıqlarını inkişaf etdirir. Hər bir tələbələrin fərdi tələblərinə uyğun tədris üsullarını təklif edir. Resurslar onlayn təhsil, video dərslər, multimedialı materiallar, onlayn kitabxanalardır kiburada ənənəvi təhsildə olmayan imkanlardan biridir.
Onlayn təhsil zamanı tələbələr əsas texniki tərəfdən çətinliklə üzləşir, yəni internet əlaqəsi, platformalar düzgün işləməyəndə yaxud texniki avadanlıq olmayanda tələbələrin onlayn təhsildə çətinlik çəkməsinə gətirib çıxarır. Həmçinin burada onu da vurğulayaq ki onlayn təhsildə tələbələrdən yüksək dərəcədə özünütənzimləmə, motivasiya bacarıqları gözlüyürük ki, əksər tələbələr dərslərə diqqət ayırmaqda çətinlik çəkir və bu da əsas məqamlardan biridir.

Onlayn təhsildə ən çox istifadə edilən platformalar Azərbaycan daxil olmaqla "Zoom", "Microsoft Teams" proqramlarıdır ki, bunlar dərslərdə, onlayn görüşlər üçün əsas öyrənmə metodlarından biridir. İnternetə çıxışı olmayan tələbələr üçün onlayn dərs materialları götürə bilər ki, burada elektron dərsliklərdi, çap olunmuş tədris materiallarını aid edirik. Əlavə olaraq düzdü tam uyğun olmasa da "hybrid" təhsil sistemini götürə bilərik, yəni ənənəvi təhsil metodlarını və üsullarından onlayn dərsləri birləşdirən bir məhfumdur ki şagirdlərin daha dərsə qoşulmasını asanlaşdıra, müəyyən qədər təsir göstərə bilər. Biz həmişə rəqəmsal təhsilin keyfiyyətini artırmaq, yəni rəqəmsal təhsil və onlayn tədrisdən danışırıqsa artıq süni intellekt ortaya girəcək ki, bu da tələbələrin fərdi inkişafını izləməkdi, onlarınmüvəffəqiyyətləriniproqnozlaşdırmaqdı. Birdə mən bir təlimdə də bunu eşitmişdim ki, blotexnologiyalar deyilən bir anlayış vardır ki blo əsaslı platforma, tədris materialları, resursları, dərsdə olan tapşırıqları mütəmadi olaraq tələbələrə təqdim etməyə imkan verir".

Ekspert əlavə edib ki, rəqəmsal təhsil sistemi ənənəvi təhsil sistemini tamamilə əvəz edə bilməz: "Bu mənim subyektiv fikrimdi, inanmıram, çünki onlayn təhsil nə qədər üstünlüklərə malik olsada ənənəvitəhsil sistemi tələbələrin sosial bacarıqlarını, üzbəüz tədris var, laboratoriya işləri varki bunları təmin etmək üçün də ənənəvi təhsildə olacaq. Qeyd edim ki, onlayn təhsil ənənəvi təhsilin tamamlayıcı bir vasitə kimi istifadə edilməsi daha məqsədə uyğun ola bilər. Bugünki gündə virtual reallıq və süni intellekt təbii ki onlayn təhsilə öz təsirini göstərir. Biz virtual reallıqdan danışsaq tələbələr real dünya vəziyyətlərini virtual mühitdə təcrübə edə bilirlər, süni intellektlə getsək tədris sürətinə uyğun daha tez dərs planlarını hazırlamaq, onların bayaqda süni intellektdən danışanda analiz etməyə imkan vermələridir ki tələbələrə bunların hamısı, onlayn təhsilə təsir edən amillərdir.
Rəqəmsal dərslərin planlaşdırılması zamanı əsas aspektlər əlçatanlıq olmalıdır, müxtəlif cihazlarda və platformalarda dərsə qoşulma imkanı mütləq şəkildə təmin olunmalıdır. Tələbələrə hər hansı texniki cəhətdənçətinlik yarananda onların köməyinə çata bilən bir mexanizm olmalıdır.

Müəllimlərin rəqəmsal savadlılığını artırmaq üçün mütləq şəkildə onlayn təhsil texnologiyaları, onların alətlərini öyrənən təlim və seminarlar təşkil olunmalıdır. Həmçinin müəllim üçün texniki dəstək məsləhət mərkəzləri xidmət kimi onlara təqdim oluna bilər, eyni zamanda müəllimlər burada öz təcrübələrini paylaşmaq və yeni metodlarını müzakirə etmək üçün yeni onlayn platformalardan istifadə edə bilər. Onlayn təhsilin sosiallaşmağa təsiri çox ciddidir. Xüsusən də gənc yaş qruplarında tələbələrin, təhsil alanların sosial əlaqələrin məhdudlaşmasına gətirib çıxarır.

Xeyrənsə Piriyeva

Seçilən
5
sia.az

1Mənbələr