AZ

Voloqdada Stalinin abidəsi ucaldıldı

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Voloqda şəhərində sovet lideri İosif Stalinin abidənin açılışı olub. Abidə Stalinin yaşadığı və 1911-ci ilin dekabrından 1912-ci ilin fevralına qədər sürgün dövrünü keçirdiyi “Voloqda Sürgün Evi” muzey kompleksinin bağında yerləşir.

Hafta.az-ın yazdığına görə, abidənin açılışını elan edən Voloqda qubernatoru Georgiy Filimonov ölkə tarixi ilə bağlı xaricdən tətbiq edilən alçaqlıq kompleksindən qurtulmağın vacib olduğunu vurğulayıb. Filimonov tarixin bütün cəhətləri ilə qəbul edilməli olduğunu bildirərək, “Keçmişi, o cümlədən onun mürəkkəb və ziddiyyətli səhifələrini dərk etməli və dəyərləndirməliyik” deyib.

Abidənin heykəltəraşı Konstantin Kubiçkin üç fərqli dizayn təklif etdiyini və qubernator Filimonovun özünün Stalin paltosu ilə dizaynı seçdiyini açıqlayıb.

Abidə təxminən altı aylıq işdən sonra tamamlandı. Stalinin abidəsinin açılışı ideyası ictimaiyyətin tələblərinə uyğun olaraq oktyabrda elan edilib. Filimonov Stalinin şəxsiyyətinin və rolunun müxtəlif cür şərh oluna biləcəyini qəbul etdiyini, lakin ölkənin tarixi ilə fəxr etmək lazım olduğunu bildirib.

Seçilən
6
hafta.az

1Mənbələr