AZ

Çin hökmranlıq etməyə çalışır: ABŞ hərəkətə keçdi

ABŞ rəhbərliyi avtomobil, məişət əşyaları və müdafiə sistemləri kimi müxtəlif sahələrdə istifadə edilən köhnə tip Çin yarımkeçiriciləri ilə bağlı araşdırma başladıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nümayəndəliyi (USTR) tərəfindən açıqlama verilib.

Açıqlamada Çinin yarımkeçirici sənayesində yerli və qlobal bazarlarda hökmranlıq etməyə çalışdığı, ölkənin lokallaşma və özünü təmin etmək üçün geniş şəkildə rəqabət əleyhinə və bazardan kənar üsullardan istifadə etdiyi iddia edilib.

Bəyanatda Çinin siyasətlərinin ABŞ və digər iqtisadiyyatlara zərərli təsirləri olduğu bildirilib. Həmçinin ABŞ-ın rəqabət qabiliyyətini, tədarük zəncirlərini və iqtisadi təhlükəsizliyini zəiflətdiyinə diqqət çəkilib.

Seçilən
8
publika.az

1Mənbələr