AZ

Sərhədçilər dənizdə narkotik aşkarladı

Dövlət Sərhəd Xidməti külli miqdarda narkotikin Xəzər dənizi ilə Azərbaycana keçirilməsinin qarşısını alıb.

Yenisabah.az xəbər verir ki, dənizin Azərbaycana mənsub ərazi sularında 13 ədəd şübhəli bağlama müəyyən edilib.

Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram (23 kq 475 qram marixuana, 270 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr