"Qalatasaray"ın üzvü Yunus Akgün karyerasını Avropada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, vingerlə 5 klub maraqlanır.

Söhbət "Mançester Yunayted", "Tottenhem", "Atletiko", "Napoli" və "Benfika"ya gedir.

"Qalatasaray" oyunçunu buraxmaq istəmir. Yarımmüdafiəçinin müqaviləsi 2026-cı ildə başa çatacaq. Yunusun hazırkı dəyəri 11 milyon avrodur.