“Valensiya”nın baş məşqçi postuna əsas namizəd bəlli olub.
İdman.biz xəbər verir ki, İspaniya klubu Karlos Korberenin xidmətində maraqlıdır.
Onun Ruben Baraxanı əvəzləyəcəyi gözlənilir. Yeni baş məşqçi ilə müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulacaq. Hazırda “Vest Bromviç”də çalışan mütəxəssis üçün İngiltərə klubuna 3 milyon avro vəsait ödəniləcək.
Qeyd edək ki, La Liqanın 17 matçında 12 xal toplayan “yarasalar” turnir cədvəlində 19-cudur.
İdman.biz