Balıkəsir valisi İsmail Ustaoğlu Karesi rayonunda partlayıcı maddə istehsal edən fabrikdə baş verən partlayışda 12 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.
Ajans.az xəbər verir ki, Vali Ustaoğlu təxribat ehtimalının olmadığını bildirib.
Fabrikdə baş verən partlayışdan sonra bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar yönəldilib.