AZ

İran enerji böhranı girdabında: sərvət zillətə dönəndə…

Bakı. Trend:

İran - dünyanın ən böyük təbii qaz ehtiyatlarına sahibölkələrindən biri - gözlənilmədən enerji böhranının mərkəzinəçevrildi. Bu böhranın miqyası ölkə iqtisadiyyatını məhvə sürükləyəbilər. Sənaye iflas həddindədir, milyonlarla evin isitmə sistemigücünün son həddində işləyir, milli valyuta isə sürətlə dəyərdəndüşür. Bu gün İran sistemli problemlər, beynəlxalq sanksiyalar vəgeosiyasi çalxalanmaların təsiri altında yaşayır ki, bu da ölkəninzəngin resurslarını daimi böhran mənbəyinə çevirib.

İranda enerji böhranı pik nöqtəsinə çatıb. Bu, illərlə yığılıbqalan enerjinin hər şeyi məhv etməyə qadir olan qədim bir vulkanabənzəyir. Neft və qaz ehtiyatları ilə zəngin olan bu ölkə indi gilayaqlar üzərində duran nəhəng təsiri bağışlayır: elektrikkəsintiləri sənayeni iflic edir, avtomobil yolları zülmətə qərqolur, məktəblər və universitetlər isə məsafəli təhsilə keçməyəməcbur qalır.

İranın geniş neft yataqları və qaz mənbələri onu enerjisupergücünə çevirə biləcəyi halda, ölkə bir səhrada su tapmayansəyyah kimi böhrana sürüklənir. Bunun səbəbləri nədir? Bunlar,səmərəsiz idarəetmə, uzunmüddətli sanksiyalar, köhnəlmişinfrastruktur və strateji səhvlərin mürəkkəb bir düyünündəgizlənir.

... “Biz təhlükəli bir həddə çatmışıq. Qaz, enerji, su vəekoloji sahələrdəki tarazsızlıqlar kritik nöqtəyə çatıb,” - İranprezidenti Məsud Pezeşkian bəyan edib. Bu sözlər milyonlarlairanlının artıq hiss etdiyi reallığın ifadəsi oldu. Amma buaçıqlamalardan sonra heç bir həll yolu təklif olunmadı.Vətəndaşlara evlərdə temperaturu azaltmaq, sənayeçilərəmilyardlarla dollarlıq itkilərlə barışmaq, hakimiyyətə isə “gələnil bunu təkrarlamamağa çalışmaq” məsləhət görüldü.

İran təsbitlənmiş təbii qaz ehtiyatlarına görə dünyada ikinci,neft ehtiyatlarına görə isə dördüncü yerdədir. Bununla belə, özbolluğunun tələsinə düşüb. İsrafçı istehlak, köhnəlmiş qaz elektrikstansiyalarından (onların payına elektrik enerjisinin 86%-i düşür)asılılıq və ucuz, lakin ekoloji cəhətdən zərərli mazutun istifadəsiproblemi daha da dərinləşdirir. Nəticədə Tehran, İsfahan və digəriri şəhərlərin səması qalın dumanla örtülüb. Bu, sanki təbiətinitirilmiş imkanlara olan etirazıdır.

Sanksiyaların ağır yükü

Tehran enerji böhranında Qərbin onilliklərdir davam edən vəinvestisiya axını ilə müasir texnologiyalara çıxışı bloklayansanksiyalarını günahlandırır. Doğrudur, beynəlxalq məhdudiyyətləryataqların inkişafına, elektrik stansiyalarınınmodernləşdirilməsinə və enerjiyə qənaət edən texnologiyalarıntətbiqinə mane olur.

Sanksiyalar yalnız aysberqin görünən hissəsidir. Probleminkökündə isə sistemli səhvlər dayanır: korrupsiya, stratejiuzaqgörənliyin olmaması və ölkədaxili inkişaf əvəzinə geosiyasimacəralara üstünlük verilməsi. Məsələn, neft satışından əldə edilən144 milyard dollarlıq gəlir (Co Baydenin üç illik prezidentliyidövründə) daxili tələbatlara deyil, bölgədə müttəfiqlərindəstəklənməsinə və xarici siyasi layihələrə sərf olunub.

Əldən verilmiş imkanların bədəli

Bu gün İran illərlə fəaliyyətsizliyinin yüksək dəyərini ödəyir.Onun enerji sistemi sanki çatlamış bir qabı xatırladır. Bu qabıyeniləmək əvəzinə yapışqanla tutmağa çalışırlar. Qlobal qazasılılığı böhranı dərinləşdirir, hər yeni böhran isə köhnəproblemləri daha da kəskinləşdirir.

Amma İranın əsas faciəsi zənginlik paradoksudur. Enerjibaxımından davamlı inkişaf mərkəzinə çevrilmək əvəzinə, ölkəresursların necə lənətə çevrildiyini göstərən acı bir nümunəyədönüb.

Ambisiyaların udduğu resurslar

Geosiyasi şahmat taxtasında illərdir əsas oyunçulardan biri olanİranın daxili problemləri ölkəni enerji resurslarınınixracatçısından idxalçısına çevirmək təhlükəsi ilə üz-üzə qoyur.Dünyanın ən böyük neft və təbii qaz ehtiyatlarına malik bir ölkəüçün bu paradoks xüsusilə diqqətəlayiqdir.

Ancaq məlum olur ki, enerji zənginliyi effektiv idarəetmə vəstrateji yanaşma olmadan ağır yükə çevrilir. Bu gün İran enerjiiflasının astanasındadır ki, bunun səbəbi təkcə sanksiyalar deyil,həm də illərlə davam edən strateji səhvlər, resursların xaricisiyasət avantüralarına yönəldilməsi və modernləşmə imkanlarınınitirilməsidir.

Enerji paradoksu: zənginlikdən asılılığa doğru

Dünyada sübut olunmuş təbii qaz ehtiyatlarına görə ikinci, neftehtiyatlarına görə isə dördüncü yerdə olan İran enerji sabitliyinümunəsinə çevrilə bilərdi. Lakin bunun əvəzinə, ölkə gündəlik 350milyon kubmetr qaz çatışmazlığı, 20 giqavatlıq elektrik enerjisiqıtlığı və artan hava çirkliliyi ilə üzləşir.

İqtisadi jurnalist Arezu Kəriminin sözlərinə görə, İranın nəhəngresursları regiondakı müttəfiqlərə, məsələn, Dəməşqdəki Bəşər Əsədrejiminə maliyyə dəstəyi üçün yönəldilir. "Milyardlarla dollarvasitəçi şirkətlər və gizli hesablar vasitəsilə beynəlxalqnəzarətdən yan keçərək xərclənir," – deyə Kərimi qeyd edir.İnfrastrukturu yeniləmək üçün sərf edilə biləcək bu vəsaitlərxarici siyasət ambisiyalarına xərclənir.

Suriyaya yatırılmış 25 milyard dollardan çox vəsait regionalsiyasətin daxili ehtiyaclardan üstün tutulmasının simvolunaçevrilib. Dəməşqə pulsuz neft tədarükü, geosiyasi əhəmiyyətinəbaxmayaraq, İranın enerji sektorunu "idxal astanasında" olan birvəziyyətə gətirib çıxarıb.

Sistemli uğursuzluqlar: infrastruktur, strategiya, resurslar

İranın enerji böhranı bir neçə fundamental probleməəsaslanır:

Köhnəlmiş infrastruktur. Qaz yataqları və elektrik stansiyalarıonilliklərdir modernləşdirilməyib. Sektoru bərpa etmək üçünmilyardlarla dollar lazımdır, lakin sanksiyalar investisiyalaraçıxışı məhdudlaşdırır. İsrafçı istehlak. Qaz subsidiyaları enerjiresurslarının həddindən artıq istifadəsini stimullaşdırır, onlarısənayeyə yönəltmək əvəzinə. Tək tərəfli strategiya. Elektrikenerjisinin 86%-ni təbii qazdan əldə etmək ölkəni həddindən artıqasılı vəziyyətə salıb. İranda çəkilmiş 430 min kilometr qaz kəməriölkənin həm fəxri, həm də bəlasına çevrilib, çünki yaşayış sektorusənaye ehtiyaclarını sıxışdırır.

“İran qazı enerji strategiyasının mərkəzinə qoyub,diversifikasiyanın zəruriliyini gözardı edir,” – deyə analitikHüseyn Mirafzəli vurğulayır. Bu siyasət təkcə iqtisadiyyata zərbəvurmayıb, həm də ekoloji problemləri dərinləşdirib.

Geosiyasi ambisiyalar daxili inkişafa qarşı

Neft gəlirlərini daxili iqtisadiyyata yatırmaq əvəzinə,regiondakı müttəfiqlərin dəstəyinə yönəltmək qərarı indiki böhranınəsas səbəblərindən biridir. Qərblə əlaqələrin dondurulması vəbeynəlxalq sanksiyaların sərtləşməsi fonunda İran modernləşmə üçünzəruri olan texnologiyalar və investisiyalara çıxışı itirir.

Gulf State Analytics təşkilatının analitiki Omid Şokriyə görə,hətta sanksiyalar aradan qaldırılsa və nüvə razılaşmasına nailolunsa belə, İranın xarici investorları geri qaytarması üçün 3-5 ilvaxt tələb olunur. Bu müddət ərzində ölkə artan enerji idxalıasılılığı ilə üzləşə bilər ki, bu da regionu enerji ilə təminetməli olan nəhəngin özü üçün resurs axtarmasına səbəb olacaq.

Böhranın iqtisadi və sosial çəkisi

Enerji böhranının təsirləri artıq hiss olunmaqdadır:

Zavodların bağlanması. Qaz və elektrik enerjisi çatışmazlığısəbəbindən sənaye iflic vəziyyətinə düşür ki, bu da işsizliyə vəiqtisadi itkilərə səbəb olur. Məişət problemləri. Ailələr saatlarlaişıq və istilik olmadan qalır, həyat şəraiti pisləşir. Ekolojizərər. Elektrik enerjisi istehsalı üçün mazutun istifadəsi havanınçirklənməsini rekord səviyyələrə çatdırır.

İranda vəziyyət getdikcə qeyri-sabitləşir, ictimai narazılıqartır və etirazlara səbəb olur. İnsanlar dərhal dəyişikliklər tələbedirlər, lakin əsaslı islahatlar olmadan ölkə daha dərin iqtisadiböhrana sürüklənə bilər.

İstilik üçün elektrikdən imtina

Hər gün İran hökuməti çətin bir seçim qarşısında qalır: elektrikenerjisini kəsmək, yoxsa milyonlarla vətəndaşı istiliksiz qoymaq.Seçim edilib: qaz yaşayış evlərinə yönəldilir, elektrikstansiyaları isə yanacaqsız qalır. Nəticədə, cümə gününə qədər 17elektrik stansiyası tamamilə işini dayandırıb, digərləri isə yalnızqismən fəaliyyət göstərir. Dövlət enerji şirkəti Tavanirxəbərdarlıq edib ki, polad, ərzaq, dərman istehsalı və digərsahələrdə elektrik enerjisinin kəsilməsi həftələrlə davam edəbilər.

“Hökumətin siyasəti, hər nə bahasına olursa-olsun, evlərəistilik təmin etməkdir”, - deyə Ticarət Palatasının enerjikomitəsinin üzvü Seyid Həmid Hüseyni qeyd edir. Lakin bu siyasətinqiyməti çox yüksəkdir: kütləvi elektrik kəsintiləri müəssisələrixaosa sürükləyib, sənaye itkiləri artıq on milyardlarla dollarlaölçülür, istehsal gücləri isə 30–50% azalıb.

Geosiyasi ambisiyalar iqtisadi reallığın qarşısında

Enerji böhranı İran üçün ciddi geosiyasi çağırışların yaşandığıbir dövrə təsadüf edir. Bəşər Əsəd rejiminin süqutundan sonraSuriyada Tehranın mövqelərinin zəifləməsi və İsrailin Livanda“Hizbullah”ın infrastrukturasına vurduğu zərbələr ölkənin təsirinidaha da zəiflədir. Əgər Donald Tramp yenidən ABŞ prezidentiseçilərsə, onun “maksimum təzyiq” strategiyasını bərpa etməsiTehranın iqtisadi problemlərini daha da ağırlaşdıracaq.

Eyni zamanda, daxili problemlər qar topu effekti ilə böyüyür.Milli valyutanın devalvasiyası əhali arasında narazılığı artırıb.2024-cü ilin fevralında İsrailin qaz infrastrukturuna vurduğuhədəfli zərbələr isə ölkənin enerji təhlükəsizliyini tamamilətəhlükə altına qoyub. İki əsas qaz kəmərinin partladılması hökumətifasilələrin qarşısını almaq üçün ehtiyat resurslardan istifadəetməyə məcbur edib ki, bu da İranın mövqelərini daha dazəiflədib.

Qaz: xeyir yoxsa lənət?

İranın enerji təchizatının 70%-ni təmin edən təbii qaz ölkəninhəm gücü, həm də zəifliyinə çevrilib. Qazlaşdırma üzrə iddialıproqramlar ölkənin 90%-dən çox yaşayış məntəqələrini əhatə etsə də,yanacaq çatışmazlığı qarşısında ciddi həssaslıq yaradıb. Bu günhökumət ikili problemlə üzləşir: köhnəlmiş infrastruktur kifayətqədər enerji istehsal etməyə imkan vermir, aşağı qaz qiymətləri isəisrafçılıq istehlakı stimullaşdırır.

“Vətəndaşların həyatını asanlaşdırmaq üçün nəzərdə tutulmuş qazsubsidiyaları əslində böhranı daha da kəskinləşdirir,” – deyəLondonun Bourse & Bazaar Foundation təşkilatından ƏsfəndiyarBatmanqilij qeyd edir. “Sistem qeyri-səmərəlilik bataqlığındaboğulur: qazın hasilatından paylanmasına qədər problemlər var.”

Sənaye iflası

Koordinasiya Şurasının rəhbəri Mehdi Bostancinin sözlərinə görə,mövcud böhran İran üçün misilsizdir. Kiçik və orta müəssisələr sağqalmaq üçün mübarizə aparır, elektrik enerjisi kəsintilərindənyaranan ziyan isə ölkə iqtisadiyyatını uzun müddət zəiflədir.Elektrik enerjisinin 86%-ni istehsal edən qaz elektrikstansiyalarından asılılıq energetika sektorunu zəif nöqtəyəçevirib. Yanacaq çatışmazlığı səbəbindən sənaye milyardlarla dollaritirir, işsizlik isə kütləvi etirazlara səbəb ola bilər.

Sərt qənaət tədbirləri: nəticəsiz addımlar

Enerji qıtlığı ilə mübarizə aparmaq üçün hökumət noyabr ayındaelektrik enerjisinin iki saatlıq planlı kəsintilərinə başladı.Lakin bu tədbirlər artıq batmaqda olan gəmidən su çıxarmağabənzəyir. Kəsintilər xaotik və uzunmüddətli xarakter alıb, əksərəyalətlərdə məktəb və universitetlər bağlanıb, dövlət qurumları işsaatlarını qısaldaraq iş gününü saat 14:00-da başa vururlar.

Ən çox müzakirə olunan tədbirlərdən biri isə 73 min evin qaztəminatının kəsilməsi olub. Hakimiyyət bu evlərin istirahətməqsədli ikinci evlər olduğunu bəyan etsə də, bu addım sistemədüşən yükü azaltmaq üçün nəzərdə tutulsa da, vətəndaşlar arasındakəskin tənqidə səbəb olub.

Qorxu və xaos arasında

Adi iranlılar tam qeyri-müəyyənlik atmosferində yaşayır.İşıqforlar və liftlər xəbərdarlıq edilmədən işləməyib dayanır, suvə istilik fasilələrlə verilir. İnsanlar hər gün bununla bağlı sualedir: günlərini normal keçirməyə nail olacaqlarmı, yoxsa yenifasilələrlə üzləşəcəklər?

“Elektrik kəsiləndə qaz qazanları dayanır, istilik kəsilir vəsuyu qonşu evlərdən gətirməli oluruq,” – deyə tehranlı ingilis dilimüəllimi Səpide bildirir. Onlayn dərsləri internet fasilələrisəbəbindən tez-tez ləğv edilir və o, özünü tamamilə aciz hissetdiyini etiraf edir.

Stomatoloq Nadir də oxşar problemlərlə üzləşir. Gözlənilməzelektrik kəsintiləri xəstələri ilə işini yarımçıq qoymağa məcburedir. “Biz sadəcə günü-günə ötürürük, bu vəziyyətin nə vaxtbitəcəyini bilmirik,” – deyə o bildirir.

Biznes böhranda: qeyri-müəyyənlikdən durğunluğa doğru

Böhran xüsusilə özəl sektora ağır zərbə vurub. Zavodlarbağlanır, istehsalat dayanır, müəssisələr xərclərin artması iləüzləşir. Ölkənin ən böyük tikinti materialları istehsalçılarındanbiri bildirib ki, nə inqilab, nə müharibə, nə də sanksiyalar indikiböhran qədər xaotik və stressli olmayıb.

İsfahandakı məişət texnikası istehsal edən fabrikdə mühəndisolan Səyyal deyir ki, elektrik fasilələri işçilərin ixtisaredilməsinə səbəb olur. “İstehsalı planlaşdıra bilmirik, çünkiistənilən anda elektrik kəsilə bilər. Bu, xərclərin artmasının vəixtisarların əsas səbəbi oldu,” – deyə o əlavə edir.

Hökumətin cəhdləri: fəlakətlə uğursuz mübarizə

Prezident Məsud Pezeşkian tanınmış şəxslərin və məmurlarınvətəndaşlara evlərdə temperaturu iki dərəcə azaltmağa çağırdığıvideo kampaniyaya start verib. Dövlət televiziyasında yayımlanankadrlar arasında prezident sarayı belə gecələr qaranlıqdagöstərilir ki, böhranın ciddiliyi vurğulansın.

Fəqət bu jestlər cəmiyyətdə artan narazılığı dayandıra bilmir.“Dövlət geopolitik layihələrə milyardlar xərcləyir, biz isə burdaişıq və istiliksiz otururuq,” – deyə sosial şəbəkələrdə iranlılaryazır.

Həyata və iqtisadiyyata dağıdıcı təsir

İranın enerji böhranı sadəcə elektrik fasiləsi deyil. Bu,sistemli səhvlərin, köhnəlmiş infrastrukturun və yanlış siyasiprioritetlərin yaratdığı böhrandır ki, bu da vətəndaşları vəbiznesi daimi qeyri-sabitlik vəziyyətində qoyur.

Hakimiyyətin mövcud vəziyyətlə mübarizə apara bilməməsicəmiyyətdə narazılığı daha da artırır. Böhran təkcə enerji deyil,həm də sosial xarakter daşıyır və yeni etiraz dalğaları ilə təhdidedir.

İran təcili islahatlar zərurəti ilə üz-üzədir. Lakinsanksiyalar, korrupsiya və daxili ziddiyyətlər bataqlığında olandövlət bu çağırışın öhdəsindən gələ biləcəkmi? Bu, hər günmilyonlarla iranlının özlərinə verdiyi sualdır və onlar yalnızfiziki deyil, həm də siyasi qaranlıqda qalmağa davam edirlər.

Sonra nə olacaq?

İran enerji böhranının mərkəzindədir – bu, həm daxili sabitliyə,həm də beynəlxalq arenadakı mövqelərə ciddi təhdid yaradır.Sistemin problemləri o qədər dərinləşib ki, hətta sanksiyalarqaldırılsa belə, ölkənin enerji sektorunun bərpası üçün 3-5 il vaxttələb olunur.

Mövcud vəziyyət təcili həllər tələb edir: infrastrukturunmodernləşdirilməsi, subsidiyaların yenidən nəzərdən keçirilməsi vəinvestisiyaların cəlb olunması. Bu tədbirlər həyata keçirilməsə,İran enerji idxalından daha da asılı vəziyyətə düşəcək və hazırkıböhranlarla mübarizə aparmağa imkan verən azacıq dayanıqlığını daitirəcək.

Enerji böhranı İrana xəbərdarlıq edir: ölkə bu siqnallarıgörməzlikdən gəlsə, daha böyük fəlakətlərlə üzləşə bilər. Patlamağahazır barıt çəlləyinin üzərində oturan hökumət ya qətiyyətləhərəkət etməli, ya da qaçınılmaz partlayışı gözləməlidir.

İran seçim qarşısındadır: ya prioritetləri yenidən nəzərdənkeçirərək resurslarını daxili infrastrukturun inkişafınayönəltməli, ya da sistemli deqradasiyaya səbəb olan strategiyanıdavam etdirməlidir.

Enerji böhranı sadəcə elektrik fasilələri ilə məhdudlaşmır - bu,ölkənin artıq kritik nöqtəyə çatdığına dair xəbərdarlıqdır. Əgərİran bu gün qətiyyətli addımlar atmasa, təkcə enerji müstəqilliyinideyil, həm də regionda əsas mövqelərini itirmək riski iləüzləşəcək. Sual isə ondan ibarətdir ki, ölkə rəhbərliyizənginliklərini qüvvəyə çevirmək üçün kifayət qədər siyasi iradənümayiş etdirə biləcəkmi, yoxsa bu zənginlik gələcəkdə yenibəlalara səbəb olacaq?

İslahatların geniş miqyasda həyata keçirilməsi, infrastrukturainvestisiyalar qoyulması və prioritetlərin dəyişdirilməsi olmadanİran təkcə regional lider statusunu deyil, həm də öz vətəndaşlarınaəsas ehtiyaclarını təmin etmək qabiliyyətini tamamilə itirə bilər.Enerji böhranı işıq və istilikdən məhrum qalma probleminin çox dahaböyük bir hissəsidir – bu, ölkənin artıq taleyüklü bir nöqtəyəçatdığını göstərən siqnaldır.

İran bu böhranın küllərindən Feniks kimi yenidən doğulabiləcəkmi? Yoxsa onun nəhəng resursları ölkəni dərinliyə çəkən ağırbir lövbərə çevriləcək? Cavabı zaman göstərəcək. Lakin qaranlıqdayaşayan milyonlarla sadə iranlı üçün bu zaman artıq sonsuzluq kimigörünür.

Bakunetwork

Seçilən
7
3
az.trend.az

4Mənbələr