Avropa tarixi Milad kimi dini bayramların siyasi və dini səbəblərə görə qadağan edildiyi və ya məhdudiyyətlərə məruz qaldığı bir çox hadisələrlə doludur. Milad qadağası qitənin müxtəlif yerlərində protestantlıq, ateizm və ya inqilabi ideologiyalar kimi müxtəlif səbəblərə əsaslanır.
News24.az xəbər verir ki, “Euronews”un məlumatına görə, 1640-cı ildə Şotlandiya parlamenti dekabrın 21-dən yanvarın 1-dək Milad bayramını qadağan edib.
Bu qadağa Şotlandiyanın protestantlığa keçidi zamanı katolikliyə qarşı mübarizənin bir hissəsi idi. Milad 1958-ci ilə qədər Şotlandiyada dövlət bayramı səviyyəsində qeyd edilməyib.
Şotlandiyanın qonşusu İngiltərədə də oxşar qadağa 1647-ci ildə Oliver Kromvelin katolik ənənələrinə qarşı islahatları zamanı qüvvəyə minib. Lakin bu qadağa ictimaiyyət tərəfindən böyük ölçüdə nəzərə alınmayıb və 1660-cı ildə monarxiyanın bərpası ilə qadağa aradan qaldırılıb.
1793-cü ildə Fransada inqilabi rejim dini bayramları qadağan edib. Bu dövrdə ateist doktrinaların təsiri altında kilsələr dekabrın 24 və 25-də bağlı saxlanılıb. Lakin Napoleon 1801-ci ildə Papalıqla müqavilə bağlayaraq bu qadağalara son qoyub.
1929-cu ildə SSRİ ateist ideologiyanı qəbul edib və bütün dini bayramlara qadağa qoyub. Milad bayramı sovet rejiminin dini bayramları tamamilə məhv etmək səylərinin bir hissəsi kimi tarixə düşüb.
Bu gün Avropada Milad bayramı müxtəlif tarixlərdə və müxtəlif üsullarla qeyd olunur.
Katolik və bəzi pravoslav kilsələri Qriqorian təqvimi ilə dekabrın 25-ni qeyd etdiyi halda, digər pravoslav kilsələri Yulian təqviminə sadiq qalaraq Milad bayramını yanvarın 7-də qeyd etməyə davam edirlər.
Məsələn, Serbiya və Rusiya yanvarın 7-ni Milad günü kimi tanıyır, Yunanıstan və Bolqarıstan isə dekabrın 25-ni qəbul ediblər.
Almaniyada, Skandinaviya ölkələrində və Şimali Avropanın əksəriyyətində Milad gecəsi Milad bayramından daha əhəmiyyətli hesab edilir, çünki bu, insanların bir-birinə hədiyyələrin verdiyi gecədir.
Digər tərəfdən, Milad bayramı İngiltərədə daha təntənəli qeyd oldunduğu halda, Şotlandiyada Yeni il gecəsi (Hogmanay) daha böyük tarixi məna daşıyır.
Aynurə