"Mançester Yunayted"in ev oyunlarını keçirdiyi "Old Trafford" stadionu gəmiricilərin hücumuna məruz qalıb.
QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
1 ay əvvəl sözügedən stadionda oynanılan matçda tribunada bir azarkeşin oturacağının altından ölü siçovul tapılıb. Daha sonra sanitariya müfəttişliyi arenanın qida köşklərində siçovul izləri aşkar edib.
"Old Trafford" staionunda gigiyenik yoxlama aparılıb və arena cəmi 2 ulduz alıb. Klub artıq zərərvericilərlə mübarizə aparmaq üçün işlərə başlayıb.
Qeyd edək ki, bu hal "Old Trafford"da ilk deyil. Stadion 2015-ci ildə də gəmiricilərin basqınına məruz qalmışdı.