Türkiyənin Balıkəsir əyalətinin Karesi rayonunda partlayıcı maddə istehsal edən zavodda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb...
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib.
O, təxribat ehtimalının hələ ki olmadığını söyləyib.
Məlumata görə, zavodda silah-sursat - ov və idman patronları, mülki partlayıcılar, patronlar istehsal olunur.
Poliqon.info