AZ

Zurabişvili “Gürcü arzusu”nu devirməklə hədələdi

Gürcüstanın səlahiyyət müddəti başa çatan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasını yenidən hədələyib. 

Bakıvaxtı.az Modern.az-ın məlumatına görə, Zarabişvili deyib ki, “Gürcü Arzusu” müxalifətin yeni parlament seçkiləri tələbilə razılaşmasa, rejim devrilə bilər.

Zurabişvilinin sözlərinə görə, böhranın qarşısını almaq üçün qanuni yollar tükənib. O, hüquq sisteminin təkmil olmadığına görə məhkəmələrin nəticə vermədiyini bildirib. Prezident qeyd edib ki, Konstitusiya Məhkəməsi “Gürcü Arzusu”nun qələbəsi ilə bağlı iddiaya baxmayıb, “antikonstitusion vəziyyət” yaradıb.

Zurabişvili hesab edir ki, yeganə çıxış yolu dekabrın 29-dək keçirilməli olan yeni seçkilərdir. O bunu xalqın, müxalifətin və özünün tələbi adlandırıb.

Prezident Salome Zurabişvili Avropa liderləri ilə danışıqlar aparıb.

Gürcüstan mediasının məlumatına görə, Zurbaişvili Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kay Kallas, Çex Respublikasının Prezidenti Peter Pavel, İsveç Krallığının Baş Naziri Ulf Kristersson, Polşa Respublikasının Prezidenti Andjey Duda, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçlə müzakirələr aparıb.

Məlumata görə, Gürcüstan prezidenti avropalı həmkarlarını “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişviliyə ünvanladığı təkliflə tanış edib. Onun fikrincə, bu, böhrandan yeganə çıxış yoludur.

“Təklif iki əsas məsələnin razılaşdırılması üçün görüşü nəzərdə tutur: ATƏT/DTİHB-nin rəyi əsasında yeni seçkilərin vaxtının müəyyən edilməsi və seçkilər üçün yeni şərtlərin müəyyən edilməsi”.

Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb. Dekabrın 14-də Gürcüstanda keçmiş futbolçu Mixail Kavelaşvilinin qalib gəldiyi prezident seçkiləri keçirilib.

Seçilən
9
1
bakivaxti.az

2Mənbələr