Bakı. Trend:
Hava şəraiti insan sağlamlığına və bədən funksiyalarına birbaşatəsir göstərir. Mövsümə uyğun qidalanma sağlam həyat tərziniqorumaq üçün vacib amillərdən biridir.
Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq EminMəmmədov açıqlayıb.
Onun sözlərinə görə, soyuq havalarda bədən istiliyini saxlamaqüçün daha çox enerji sərf edir:
“Buna görə də zülallar, yağlar və kompleks karbohidratlarlazəngin qidalara ehtiyac artır. Bu balansı qoruya bilməmək enerjiçatışmazlığına, immun sistemin zəifləməsinə və həzm problemlərinəsəbəb ola bilər”.
Mütəxəssis-eksperti bildirib ki, günəşli günlərin sayıazaldığından immun sisteminin zəifləməməsi üçün vitamin Dbalansının bərpası çox vacibdir:
“Balıq, yağlı quş əti, yumurta, süd məhsulları vitamin D,Calsium, Omeqa mənbəyidir. Soyuq mövsümdə vitamin C ilə zənginmeyvələrin qəbulu da vacibdir. Vitamin C selikli qişaların qoruyucubaryerini qüvvətləndirir və tənəffüs yolları infeksiyasındanmüdafiəni artırır”.
“Soyuq havalarda insanlar ona görə tez- tez xəstələnir ki, açıqhavada az olur və qapalı məkanlarda vaxt keçirməyə üstünlükverirlər, bu da tənəffüs yolu xəstəlikləri üçün uyğun şəraityaradır. Ümumilikdə, insanlar soyuqdan xəstələnmir, bütün səbəbinfeksiyalardır. Soyuq və təmiz havada çox qalma immun sisteminindaha da davamlı olmasına, yaxşı çalışmasına kömək edir”, - deyəqastroenteroloq əlavə edib.