Türkiyənin Balıkəsir vilayətinin Kavaklı kəndində partlayıcı maddələrin (həmçinin sursat) istehsal edildiyi zavodda partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, Balıkəsir valisi İsmayıl Ustaoğlu partlayış nəticəsində 12 nəfərin öldüyü, 3 nəfərin yaralandığı barədə məlumat verib.
Zavodun kapsul istehsalı bölməsində baş verən partlayışdan sonra bina uçub.
Yanğınla əlaqədar əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib. Komandaların araşdırması davam edir.
Müəllif: Mənsur Rəğbətoğlu