AZ

Avropa qoşunlarının Ukraynaya göndərilməsi yalnız stabillik şəraitində mümkündür – ÖZƏL

Avropa dövlətləri Ukrayna ərazisinə qoşunlarını yalnız döyüş təmas xəttinin stabilləşdirilməsi halında göndərə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Foreign Policy nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Ukraynada döyüş təmas xəttinin stabilləşməsi təmin olunmadığı müddətcə, Avropadan hərbi bölmələrin göndərilməsi məsələsi yalnız nəzəri müzakirə olaraq qalacaq.

Eyni zamanda, nəşrin müşahidəçisinə görə, Avropa silahlı qüvvələri Ukraynaya göndərilsə belə, onların imkanları döyüşlərin gedişatına ciddi təsir göstərə bilməz. Çünki Rusiya ordusunun döyüş hazırlığı yüksək səviyyədədir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, Ukrayna Silahlı Qüvvələrini hazırlayan Qərb təlimatçılarının Rusiya ordusunun zərbələrindən immunitetə malik olmadığını bildirmişdi. Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşən xarici muzdlu döyüşçülərin qaçılmaz olaraq Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr