AZ

Bayden ABŞ-ın 2025-ci il üçün müdafiə büdcəsini təsdiqlədi- Neçə milyard ayrıldı?

ABŞ prezidenti Co Bayden oktyabrın 1-də başlayan 2025-ci maliyyə ili üçün ölkənin müdafiə büdcəsini təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden bu məqsədlər üçün 895 milyard dollar ayırıb.

Sənəddə Rusiya hökuməti və ya Rusiyanın enerji sektoru ilə müqavilələrin bağlanmasına qadağa da əksini tapıb. Bundan başqa, ABŞ-ın milli təhlükəsizlik maraqları üçün ikitərəfli mübadilə və ya məlumat ötürülməsi halları istisna olmaqla, Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqaviləyə əsasən Moskva ilə məlumat mübadiləsini qadağan edilir.

Sənəd ABŞ kəşfiyyatını Kiyevə hərbi yardımın dayandırılması və münaqişədə Rusiyanın qələbəsi halında ABŞ-ın təhlükəsizliyi üçün riskləri qiymətləndirməyə məcbur edir. Xüsusilə mütəxəssislərə Vaşinqtonun dəstəyi olmadan Ukraynanın özünü müdafiə etmək qabiliyyətini qiymətləndirmək, həmçinin Rusiyanın dərinliklərinə uzaqmənzilli silahlarla zərbələri dayandırmaq qərarının mümkün nəticələrini hesablamaq tapşırılıb.

Azpost.info

Seçilən
33
azpost.info

1Mənbələr