Avropa İttifaqı soyuq hava və azalan dəniz idxalı fonunda 2022-ci ildə enerji böhranı başlayandan bəri qaz anbarlarını ən yüksək sürətlə boşaldır...
Poliqon xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Aİ-nin qaz ehtiyatının səviyyəsi 2023-cü ilin dekabrında 90%-ə yaxın idisə, hazırda 75% təşkil edir.
"Gas Infrastructure Europe"un məlumatına görə, Aİ anbarlarında qazın həcmi sentyabrın sonundan bəri təxminən 19% azalıb. Qəzet qeyd edir ki, əvvəlki iki ildə eyni dövrdə yalnız birrəqəmli azalma müşahidə olunub, çünki daha isti temperatur qış isitmə mövsümündə saxlama çənlərini dolu saxlayıb və sənaye yüksək qiymətlər səbəbindən tələbi məhdudlaşdırıb.
"Argus Media"nın Avropa qaz qiymətləri üzrə rəhbəri Nataşa Fieldinq deyib: "Avropa bu qışda mayeləşdirilmiş təbii qaz idxalının azalmasını kompensasiya etmək və artan tələbatı ödəmək üçün son iki ildəkindən daha çox yeraltı anbara etibar etməli oldu".
Avropa həmçinin aşağı yanacaq qiymətlərinin cəlb etdiyi Asiya ölkələrindən LNG idxalı üçün daha çox rəqabətlə üzləşir. Bu, idxalın yavaşlamasına və onun ehtiyatlarından daha çox istifadə etmək zərurətinə səbəb olub.
FT vurğulayır ki, sonuncu dəfə Aİ-nin qaz anbarları 2021-ci il dekabrın ortalarında, Rusiya Ukraynadakı hərbi əməliyyatı ərəfəsində boru kəməri qazının tədarükünü kəsməyə başlayanda belə tez boşalıb.
Poliqon.info