AZ

AYNA həmin zolağın niyə boş saxlanıldığını açıqladı - Video

Xəbər verdiyimiz kimi, aparıcı, DJ Turalın bir neçə gün öncə paytaxtın Nəsimi rayonu Mirzəğa Əliyev küçəsindəki xətlənmə ilə bağlı yaydığı video maraqla qarşılanıb.

“Qafqazinfo”nun məlumatına görə, küçənin hərəkət hissəsinin avtomobil və velosipedlərə ayrılmasından sonra qalan digər zolağın təyinatının qeyri-müəyyənliyi müzakirələrə səbəb olub. Bir çoxları boş saxlanılan yerin parkinq və yə avtomobillərin hərəkət hissəsi kimi istifadə edilməsinin daha məqsədəuyğun olacağını bildiriblər.

Məsələ ilə bağlı ATV də süjet hazırlayıb. Ərazidə xətlənmə işlərini aparan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) telekanala bildirilib ki, küçənin hərəkət hissəsinin ölçüləri standartlara cavab vermədiyindən xətlənmə bu formada aparılıb. Həmçinin qeyd edilib ki, velosiped və avtomobil zolağı təşkil ediləndən sonra qalan boş zolaq nə parkinq, nə də hərəkət edən nəqliyyat vasitələri üçün yararlıdır. Bu səbəbdən oranın boş saxlanılmasına qərar verilib.

Daha ətraflı videomaterialda:

Seçilən
14
9
qafqazinfo.az

10Mənbələr