AZ

Trampın iddiası prezidenti əsəbləşdirdi – “Cahil...”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalı üzərində nəzarəti qaytarmaq niyyəti ilə bağlı açıqlaması cəhalət nümunəsidir. Kanal əbədi olaraq ölkəmizin hakimiyyəti altında qalacaq.

Teleqraf.com xəbər verir ki, bunu Panama Prezidenti Xose Raul Mulino deyib.

“Bu, açıq-aşkar tarixi bilməməyi göstərir”,- prezidənt belə qeyd edib.

Mulinonun sözlərinə görə, Panama kanalı ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirir, bu səbəbdən hakimiyyət su yoluna nəzarətdən əl çəkmək niyyətində deyil.

Xatırladaq ki, Tramp bundan əvvəl Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmayacağı təqdirdə, ona nəzarətin qaytarılmasını tələb edə biləcəyini açıqlamışdı.


Müəllif: Qənirə Süleymanova
Seçilən
14
teleqraf.com

1Mənbələr