AZ

TÜRKİYƏ SURİYADA 300 MİNLİK ORDU HAZIRLAYIR - Rusiya və ABŞ təxliyə işlərinə başlayıb

Suriyada Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə 300 min nəfərlik yeni ordu qurulacaq.

"AzPolitika" xəbər verir ki, bunu suriyalı general Əhməd Osman "Türkiyə Gazetesi"nə açıqlamasında bildirib.

Məlumata görə, Bəşər Əsədin devrilməsindən sonra nizami ordu strukturuna keçməyə hazırlaşan Suriya bütün müxalif qrupları paytaxt Dəməşqə çağırıb. Türkiyənin məsləhətləri və hərbi dəstəyi ilə bir yerə toplanacaq yeni ordudan əlavə, Türkiyə Silahlı Qüvvələrinin 5 kritik nöqtədə hərbçilərinin olacağı bildirilib.

Bundan əlavə, Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal şəkildə məsləhətçi-ekspert dəstəyi verəcəyi deyilir.

Seçilən
3
azpolitika.info

1Mənbələr