AZ

Türkiyə ordusu İraq və Suriyada: "Axtar, tap, məhv et"

Türkiyə ordusu İraq və Suriyada PKK-ya növbəti ağır zərbəni vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bidirlib ki, "Axtar, tap, məhv et" prinsipiylə hərəkət edərək, İraq və Suriyada Türkiyəyə təhlükə yaradan PKK terrorçularına göz açdırılmır: "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 2 və Suriyanın şimalında Fərat Qalxanı bölgəsində hücuma hazırlaşan daha 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terrorçular harada olurlarsa olsunlar, onları gözləyən qaçılmaz sondan qaça bilməyəcəklər".

Firudun Səfərli
MİA.AZ

Seçilən
2
mia.az

1Mənbələr