AZ

Britaniya Ukraynaya qoşun yerləşdirə bilər – “The Times”

Britaniya Ukraynanın qərbində əsgərlərə təlim keçmək üçün qoşun yerləşdirə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın baş naziri Keir Starmer ukraynalı əsgərlərə təlim keçmək üçün Ukraynanın qərbində Britaniya hərbçilərinin yerləşdirilməsinin mümkünlüyünə eyham vurub. Prezident Vladimir Zelenski ilə söhbət zamanı o, bu cür planların “aydınlaşdırılmasının vacibliyini” vurğuladı.

The Times yazır ki, bu, hazırda Böyük Britaniyaya uzun səfərlər tələb edən təlim prosesini sadələşdirə və ukraynalıların cəbhə xəttinə getməzdən əvvəl təlim və təchizat almasına inamı artıra bilər.

Seçilən
4
2
interpress.az

3Mənbələr