Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikola Paşinyanın sədrliyi ilə keçiriləcək Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.
Modern.az xəbər verir ki, görüş dekabrın 26-da Leninqrad vilayətindəki “İqora” sanatoriya-kurort kompleksində baş tutacaq.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumatı TASS-a açıqlamasında təsdiqləyib.
Ermənistan bu il Avrasiya İqtisadi Şurasına sədrlik edir. Tədbirdə Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri ilə yanaşı müşahidəçi ölkələr Özbəkistan və Kuba da iştirak edəcək. Uşakov əlavə edib ki, Kubanın iştirakı bu ölkənin prezidenti Migel Dias-Kanel formatında nəzərdə tutulub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta