AZ

İranda enerji böhranı: Fabriklər bağlanıb, məktəblər...

İranda enerji böhranı səbəbindən havaların soyuduğu qış günlərində bəzi bölgələrdə bir çox fabrik və dövlət idarələri bağlanıb, məktəblər distant təhsilə keçib. 

“Cebheinfo.az” xəbər verir ki, ölkədə xüsusilə qış aylarında artan enerji tələbatı və qeyri-adekvat infrastruktur birləşdikdə elektrik və təbii qazda fasilələr qaçılmaz olur. 

Elektrik kəsilməsinin sənaye istehsalına hər il 5-8 milyard dollar ziyan vurduğu təxmin edilir.

Neftlə zəngin ölkədə iqtisadi sanksiyalar səbəbindən enerji infrastrukturuna sərmayə yatıra bilməməsi enerji təchizatında, sənaye və yaşayış məntəqələrində xüsusilə qış aylarında elektrik enerjisinin kəsilməsi iqtisadi və sosial problemlər yaradır.

Ölkədə xüsusilə qış aylarında artan enerji tələbatı ilə mövcud infrastrukturun qeyri-kafiliyi birləşdikdə elektrik enerjisi və təbii qazda fasilələr qaçılmaz olur.

Prezident Mesud Pezeşkiyan bir müddət əvvəl vətəndaşlara müraciət edərək, kombilərini 2 dərəcədən aşağı səviyyədə işlətmələrini istəyib.

Energetika naziri Abbas Əliabadi ictimaiyyəti yanacaq sərfiyyatını azaltmağa çağırıb ki, elektrik stansiyalarına daha çox qaz verilsin və vətəndaşların elektrik enerjisi ilə təminatında heç bir problem olmasın. Bəzi elektrik stansiyalarının nasaz olduğuna diqqət çəkən Əliabadi deyib ki, camaat yanacaq sərfiyyatını azaltmalıdır.

Enerji problemi ilə əlaqədar dekabr ayında Ərdəbil, Tehran, Qərbi Azərbaycan, Simnan, Gülüstan, Şimali Xorasan, Rezevi Xorasan, Mazenderan, Zəncan, Kürdüstan və Kirmanşah kimi bölgələrdə bütün təhsil səviyyələrində təhsil dayandırılıb.

İranın vitse-prezidenti Məhəmməd Cafer Kaimpenah dekabrın 17-də ölkədə təbii qazın olmaması səbəbindən bəzi sənaye bölgələrində fabrik və emalatxanaların fəaliyyətinin dayandığını bəyan edib. 

Kaimpenah bəyan edib ki, ölkədə təbii qaza ehtiyac 945 milyon kubmetr olsa da, təxminən 840 milyon kubmetr hasil edilir.

Ölkənin elektrik enerjisinə olan tələbatının böyük hissəsi hələ də təbii qazdan istifadə edən istilik elektrik stansiyaları tərəfindən ödənilir. 

Bu vəziyyət elektrik enerjisinə tələbatın ən yüksək olduğu dövrlərdə təxminən 15 min meqavat kəsirə səbəb olur. Elektrik enerjisinin tez-tez kəsilməsi sənaye və vətəndaşlar üçün ciddi problemlər yaradır.

İranda elektrik enerjisinin 94 faizi qalıq yanacaqlardan istehsal olunur. Külək və günəş enerjisinin payı dünya üzrə 13 faiz olduğu halda, İranda bu nisbət 0,6 faizdir.

Ölkədə elektrik enerjisinin kəsilməsinin sənaye istehsalına hər il 5-8 milyard dollar ziyan vurduğu təxmin edilir.

Seçilən
13
cebheinfo.az

1Mənbələr