Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Klintonun səhhəti pisləşdi.
Turkustan.az xəbər verir ki, o, paytaxt Vaşinqtonda xəstəxanaya yerləşdirilib.
Bill Klintonun sözçüsü tərəfindən edilən açıqlamada yüksək hərarət şikayəti ilə xəstəxanaya yerləşdirilən keçmiş prezidentin sağlamlıq testlərindən keçdiyi və müşahidə altında saxlandığı bildirilib.
Bildirək ki, Klinton 1993-2001-ci illərdə iki müddətə prezident olub.
Aytən Yaşar/ Turkustan.az