Sudan Səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim Mahmud İƏT Əmək Mərkəzinin Baş direktoru Azər Bayramovla görüşüb.
Hafta.az-ın yazdığına görə, görüş zamanı diplomati üsyançı Çevik Dəstək Qüvvələrinin Sudan dövlətinə və onun qurumlarına, xüsusən də iş sektoruna qarşı başlatdığı və hələ də davam edən müharibənin nəticələri barəsində məlumat verib. O, müharibənin sosial ədalət dəyərlərini təşviq etmək, layiqli və davamlı iş yerlərinin yaradılmasına yönəlmiş proqram və siyasətləri dəstəkləmək üçün İslam iqtisadiyyatı və cəmiyyətləri arasında inteqrasiyanın zəruriliyini və əhəmiyyətini ortaya qoyduğunu vurğulayıb. Eyni zamanda o, əmək sferasında çətinliklərlə üzləşmiş Sudan da davil olmaqla İslam ölkələrinin ehtiyac duyduğu strateji sahələrdə təşəbbüsləri sürətləndirməyə çağırıb.
Bundan əlavə, görüşdə Sudanın təlimlərə, potensialın artırılmasına, reabilitasiyaya və Çevik Dəstək Qüvvələrinin ölkənin dövlət qulluğu obyektlərini və infrastrukturunu məhv etdiyini bildirərək, dağıntıların bərpasına lazım olan ehtiyaclar müzakirə edilib.
Müvafiq kontekstdə, müvəqqəti işlər vəkili İƏT Əmək Mərkəzi planı çərçivəsində sudanlı ekspertlərdən faydalanmağın zəruriliyinə diqqəti çəkib. O, həmçinin Mərkəzin baş direktorunu mümkün olan ən qısa zamanda Sudana səfərə dəvət edib.