Qazi oğlunun qəfil ölümündən sarsılan ana oğlunun 40-dan 10 gün sonra dünyasını dəyişib.
Oxu24.com ın məlumatına görə, 44 günlük Zəfər yürüşündə Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş mərhum qazi Namaz Qaryağdı oğlu Şirinovun 1967-ci il təvəllüdlü anası Gülüstan Şirinova vəfat edib.
Qeyd edək ki, qazi Namaz Şirinov ötən ay qəfil ürək tutmasından dünyasını dəyişib.