Bakı. Trend:
Türkiyədə hüquqi qalma statusu olan xaricilərin sayı 4 milyon164 min 472 nəfərdir. Bunlardan 2 milyon 920 min 119 nəfərimüvəqqəti qoruma altında olan suriyalılardır.
Trend xəbərverir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali YerlikayaAnadolu Agentliyinə (AA) müsahibəsində deyib.
“2017-ci ildən etibarən 763 min 443 suriyalı könüllü, təhlükəsizvə nizamlı şəkildə ölkələrinə geri dönüblər. Son 15 gündə Suriyayaqayıdanların sayı isə 25 mini keçərək 7 dəfə artıb”, - AliYerlikaya deyib.
Suriyaya qayıtmaq istəyən şəxslərin Miqrasiya İdarəsinin rəsmiinternet səhifəsi vasitəsilə müraciət edə biləcəkləri, həmin günüçün dərhal görüş təyin olunduğu, Türkiyədəki ev və iş yeriəşyaları, eləcə də, nəqliyyat vasitələrini özləri ilə aparabiləcəkləri qeyd olunub.
Ali Yerlikaya əlavə edib ki, Türkiyədəki suriyalıların qeydiyyatməlumatlarının Suriyada istifadə edilməsi üçün Dəməşq (Şam) vəHələb şəhərlərində Səfirlik və Konsulluqlar nəzdində Miqrasiyaİdarəsi ofisləri qurulacaq.
Nazir bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişiilə 1 yanvar - 1 iyul 2025-ci il tarixləri arasında suriyalıqaçqınlara hazırlıq məqsədilə hər ailədən bir nəfərə 3 giriş-çıxışhüququ veriləcək.