AZ

ATMU-da “PICASP” layihəsinin yekun konfransı keçirildi - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Xəzər regionunun inkişafını dəstəkləyən “PICASP” (Xəzər regionunda universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları) layihəsinin yekun konfransı olub.

"Unikal" xəbər verir ki, beynəlxalq və yerli tərəfdaşların geniş tərkibdə iştirakı ilə baş tutan yekun  konfransda    Degli Studi Gabriele D’Annunzio Di Chieti-Pescara Universiteti (İtaliya), Gediminas adına Vilnüs Texniki Universiteti (Litva), Beynəlxalq Biznes Universiteti (Qazaxıstan), Ser.In.Ar. Forlì-Cesena ScpA təşkilatı (İtaliya), Ş.Yesenov adına Xəzər Dövlət Texnoloji və Mühəndislik Universiteti (Qazaxıstan) və Varşava Universitetinin (Polşa), Azərbaycan üzrə tərəfdaşlardan Xəzər Universiteti və Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin səlahiyyətli nümayəndələri təmsil olunublar.

ATMU-nun rektoru İlham Mədətov layihə iştirakçılarını ali təhsil müəssisəsində saıamlamaqdan məmnunluğunu bildirib və tədbirin başlıca mövzusu-başa çatan “PICASP” layihəsinin region üçün önəmindən bəhs edib. ATMU-nun beynəlxalq layihələrdə fəal iştirakına münasibət bildirən rektor İ.Mədətov ATMU-nun yeni təşəbbüslərdə təmsilçiliyə hər zaman  hazır olduğunu deyib.

Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa,  adıkeçən şöbənin mütəxəssisi Aytac Babayeva, İtaliya Respublikasının Degli Studi Gabriele D’Annunzio Di Chieti-Pescara Universiteti üzrə layihə koordinatoru Oliva Menozzi, Xəzər regionunun inkişafını dəstəkləyən ”PICASP”-ın fəaliyyət mexanizmi üzrə yekun hesabatın başlıca tələblərinə və  maliyyə ayırmalarına aydınlıq gətiriblər. 

ATMU-nun  müvafiq struktur rəhbərləri,  professor-müəllim heyəti  layihənin faydalı nəticələrindən bəhs ediblər. Universitet tələbələrinin layihəyə dair təqdimat- çıxışlarında isə turizm destinasiyalarında yeni biznes planlamasını şərtləndirən innovativ ideyalar əksini tapıb.

Yekun hesabat konfransında qeyd olunub ki,“PICASP” layihəsi  Xəzər regionunda universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və tətbiqi baxımından əhəmiyyətli faktor olmaqla bərabər, məqsədyönlü platformaların yaradılmasına da təkan verib.


 

Seçilən
10
1
unikal.az

2Mənbələr