AZ

BMTM-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib

Bakı. Trend:

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) 2024-cü ilüzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransıkeçirilib.

Trend xəbərverir ki, konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri FəridŞəfiyev Mərkəzin sözügedən dövr ərzində ölkə daxilində vəsərhədlərimizdən kənarda yerli və xarici tərəfdaşlarla fəal işapardığını bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə BMTM-in fəaliyyəti əsasetibarilə prezident və parlament seçkilərindən sonra dövlətimizinbaşçısı tərəfindən müəyyənləşdirilən tezis və mesajlaristiqamətində qurulub. Həmçinin beynəlxalq gündəmin aktualməsələləri və onların ölkəmizə mümkün təsirləri BMTM-infəaliyyətində öz əksini tapıb.

Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə mütəmadi,düzgün və operativ qaydada çatdırılması istiqamətində görülənişlərdən danışan BMTM-in sədri əlavə edib: “Azərbaycan gündəmininingilis dilində yığcam və düzgün analitik təsvirini ehtiva edən 12bülleten hazırlanıb. İl ərzində dərc olunan kitab və broşürlərinümumi sayı 10-dur. Onlardan 2-si Azərbaycan dilindədir ki, bunun dabiri bu il təqdimatını keçirdiyimiz “İlham Əliyevin xarici siyasətuğurları 2003-2023 broşürü”dür, digəri isə təqdimatının yanvardakeçirilməsi nəzərdə tutulan, şöbə müdiri Cavid Vəliyev tərəfindənyazılan “Erməni millətçi irredentizmi və Qarabağ müharibələri”sərlövhəli kitabdır. İngilis dilində, ümumilikdə 6 nəşrimiz olub.Onlardan ikisi Qərbi Azərbaycan, ikisi COP29, biri Vətənmüharibəsi, biri isə Mərkəzin ötənilki fəaliyyət istiqamətləriniəhatə edir. Rus dilində isə Rusiya-Azərbaycan vəAzərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı icmallarımız dərcedilib.

Azərbaycan dilində 14, rus dilində 6, ingilis dilində 10 olmaqlaümumilikdə 30 təhlil hazırlanıb və saytımızda yerləşdirilib.

BMTM tərəfindən il ərzində ümumilikdə 29 tədbir təşkil edilib.Onların arasında “Azərbaycanla Ermənistan arasında sülh sazişinəbaşlıca maneə”, “Azərbaycan-Çin münasibətlərinin yenidənqiymətləndirilməsi: İrəliyə doğru yol”, eləcə də tərəfdaşlarımızlabirlikdə təşkil edilən “COP29 və Azərbaycan üçün yaşıl baxış”,“Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə”mövzusundakı beynəlxalq konfranslar qeyd edilməlidir”.

Mərkəzin COP29 dövrünü də səmərəli başa vurduğunu bildirən FəridŞəfiyev deyib: “COP29 çərçivəsində Braziliyanın CEBRI beyin mərkəziilə Troyka ölkələrində enerji keçidi barədə mümkün çağırışlarımüzakirə etdik. COP29 Sədrliyi ilə birgə təşkil etdiyimiz "COP29Düşüncədən əmələ: Bakı Habı ilə həll yollarının formalaşdırılması"mövzusundakı tədbirdə isə Almaniya, BƏƏ, Misir, Birləşmiş Krallıqvə İtaliyadan olan həmkarlarımızla birlikdə beyin mərkəzlərininişçi qrupunun yaradılmasına nail olduq.

Bu il 9 tərəfdaşla Anlaşma Memorandumu imzalanıb. BunlarTürkiyənin İbn Haldun Universiteti, İtaliyanın Asiya İnkişafİnstitutu, Peruca Universiteti, Koreya Respublikasının XariciAraşdırmalar üzrə Hankuk Universiteti, Özbəkistanın Xarici SiyasətAraşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzi, Mərakeşin Amadeusİnstitutu, Qırğızıstan Respublikası Prezidenti yanında MilliStrateji Təşəbbüslər İnstitutu, Böyük Britaniyanın Kral BirləşmişMüdafiə Araşdırmaları İnstitutu, Vaşinqton mərkəzli Yaxın Şərqİnstitutudur”.

Seçilən
8
az.trend.az

1Mənbələr