Britaniya radio dalğalarından istifadə edərək çoxsaylı pilotsuz təyyarələri məhv edə bilən yönləndirilmiş enerji radiotezlik silahının (radio frequency directed energy weapon, RFDEW) "dron qatili" nümayişçisini uğurla sınaqdan keçirib. Bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Britaniya və Amerika hərbçilərinin canlı atəşi Uelsdəki Manorbir təlim poliqonunda baş verib, bu zaman onlar "dronları müvəffəqiyyətlə aşkar edib məhv ediblər".
“RFDEW-lər demək olar ki, ani effektlə 1 km-ə qədər məsafədəki hədəfləri zərərsizləşdirməyə qadirdir. Hər atış üçün 10 pensdən (təxminən 0,213 manat – red.) az enerji dəyəri ilə gələcəkdə raket bazalarında ənənəvi hava hücumundan müdafiə sistemlərinə sərfəli əlavə ola bilər”, - hesabatda deyilir.
Belə silahlar havada, quruda və suda PUA-lara qarşı fəaliyyət göstərə bilir. Yüksək tezlikli dalğalar dronların içərisində kritik elektron komponentləri zədələmək üçün istifadə olunur. Cihaz bir nəfər tərəfindən idarə oluna bilər və avtomobilə quraşdırıla bilər.
Almaz Həsənli