AZ

Trampın nazir postu təklif etdiyi konqresmenin başı dərddə - Qalmaqallı hesabat yayıldı

Donald Trampın ABŞ ədliyyə naziri vəzifəsinə keçmiş namizədi Matt Qeyts Florida ştatından konqresmen vəzifəsində çalışarkən 17 yaşlı qızla cinsi əlaqə üçün pul ödəyib və narkotik istifadə edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə qalmaqalı araşdıran ABŞ Konqresinin Nümayəndələr Palatasının Etika Komitəsinin hesabatında deyilir.

Komitə Qeytsin konqresmen kimi Nümayəndələr Palatasının qaydalarını pozduğuna dair sübutlar tapıb. Beynəlxalq media yazır ki, hələ ictimaiyyətə açıqlanmayan sənəd, xüsusən də seks və narkotiklərlə əlaqəli tərəflərin ifadələrinə istinad edir.

Hesabata görə, 2017-ci ildən 2020-ci ilə qədər Qeyts cinsi fəaliyyətə və yaxud narkotik istifadəsi üçün qadınlara on minlərlə dollar ödəyib.

Qeyts ittihamları rədd edir və istintaqı aparan insanların ona nifrət etdiyini deyib. Keçmiş konqresmen “18 yaşından kiçik qadınla cinsi əlaqədə olması” xəbərlərini də təkzib edib.

Qeyts məhkəmədən hesabatın dərcinə müvəqqəti qadağa qoyulmasını istəyib, məsələnin onun şəxsi həyatına “düzəldilməz” ziyan vuracağını əsas gətirib.

Matt Qeyts noyabr ayında ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp tərəfindən ədliyyə naziri vəzifəsinə namizəd irəli sürüldükdən sonra Konqresdən istefa verib. Bəzi respublikaçılar onun namizədliyinə qarşı çıxıblar. Nəticədə keçmiş konqresmen Trampın təklif etdiyi mövqedən imtina edib.

“AzPolitika.info”

Seçilən
18
azpolitika.info

1Mənbələr