AZ

ABŞ prezidenti 895 milyard dollarlıq hərbi büdcəni təsdiq edib

ABŞ Prezidenti Co Bayden 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini təsdiq edən qanunu imzalayıb. Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib. Məlumatı “İnterfaks.ru” verib. 

Məlumata görə, ötən çərşənbə günü Senat 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib. Layihənin lehinə 85, əleyhinə 14 senator səs verib.

Bir həftə əvvəl büdcə Nümayəndələr Palatasında 281 lehinə, 140 əleyhinə səslə qəbul edilib.

“The Hill” yazır ki, büdcədə ABŞ ordusunun Hind-Sakit okean regionunda mövcudluğunun gücləndirilməsi, yeni yerüstü texnika və təyyarələrin istehsalı, gəmilərin inşası, eləcə də bütün ABŞ hərbçilərinin maaşlarının artırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
26
xalqqazeti.az

1Mənbələr