AZ

İtaliya Ukraynaya hərbi yardım göstərilməsi vaxtını uzadıb

İtaliya hökuməti Ukraynaya yardımın, o cümlədən hərbi yardımın daha bir il müddətinə, 2025-ci il dekabrın 31-dək uzadılması haqqında fərmanı təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, “İl Fatto quotidiano” qəzetinin yazdığına görə, qanunverici orqan bayram fasiləsindən sonra işini bərpa etdikdə, fərman parlamentdə rəsmi şəkildə təsdiqlənməlidir.

Eyni zamanda, müdafiə naziri Guido Crosetto tərəfindən mətnin rəsmi təqdimatı gözlənilir.
 Bundan başqa, o, sülh danışıqlarının başlanması perspektivi ilə əlaqədar fərmanın konkret tədbirlərlə həyata keçirilməyəcəyinə ümid etdiyini bildirib.

Seçilən
11
ucnoqta.az

1Mənbələr