AZ

Almaniyada islamofobiya tüğyan edir

Almaniyanın Maqdeburq şəhərində Milad bazarında 5 nəfərin ölümünə və 200-dən çox insanın yaralanmasına səbəb olan hadisədən sonra ölkədə müsəlmanlara qarşı hücumlar təşkil olunur.

“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Almaniyada irqçiliklə mübarizə komissiyasının rəhbəri Rem Alabali-Radovan məsələ ilə bağlı narahatlığını ifadə edib.

Onun sözlərinə görə, məlum hadisədən sonra onların ofisinə irqçiliklə bağlı müraciətlər daxil olmaqdadır.

"Həftə sonundan bəri Maqdeburq və ətraf bölgələrdə miqrantlara və müsəlmanlara qarşı düşmənçilik mühiti hiss olunur və onlara qarşı hücumların sayı artıb”, - deyə Radovan bildirib. 

“Təəssüf ki, bir çoxları son hadisədən istifadə edərək irqçiliyi yaymağa çalışırlar. Biz bunun daha geniş şəkildə baş verməsinə imkan verməməliyik”, - deyə Rdovan əlavə edib. 

O vurğulayıb ki, son hücumlar miqrantlar və əcnəbilər arasında qorxu yaratmaq məqsədi daşıyır. 

Almaniyanın vitse-kansleri Robert Habek də ölkədə müsəlmanlara və əcnəbilərə qarşı hücumların artması ilə bağlı xəbərdarlıq edib:

“Bizə şəxslər sosial şəbəkələrdə nifrətin və düşmənçiliyin təbliğatı ilə məşğuldurlar. Təbliğatçıların sözlərinə inanmayın. Yalan həqiqətdən daha sürət yayılır”.

Seçilən
14
cebheinfo.az

1Mənbələr