Rusiyanın Leninqrad vilayətində bərbər 45 yaşlı müştərisini saç düzümünü bəyənmədiyi üçün meşəyə aparıb və döyüb.
Medianews.az “Daily”ə istinadən xəbər verir ki, dekabrın 22-də zəzərçəkən şəxs hadisə ilə bağlı polisə müraciət edib.
O, 1500 rubl pul verdiyi saç düzümü üstündə bərbərlə mübahisə etdiyini biıdirib. Daha sonra usta və onun iki dostu qəzəbli müştərini zorla maşına mindirib, meşəyə aparıb, soyundurub, döyüb geri gətiriblər.
Lakin həkimlər kişinin üzərində hər hansı bədən xəsarəti və ya donma izi aşkar etməyiblər. Adam oğurluğu ilə məşğul olduqları iddia edilən şəxslər saxlanılıb, onlar bütün ittihamları rədd ediblər və ifadə vermək öhdəliyi ilə sərbəst buraxılıblar.
Baş verənlərin təfərrüatları dəqiqləşdirilir.