AZ

Paşinyan Qarabağla bağlı sirri açdı - Köçəryan və Sərkisyan hiddətləndi

Ermənistanın keçmiş prezidentləri altı ildir mənimlə uzaqdan mübahisə edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk səhifəsində yazıb.

“Keçmiş prezidentlər deyirlər ki, mənimlə mübahisə edəcəkləri heç nə yoxdur, amma altı ildir mənimlə uzaqdan, “təhlükəsiz məsafə”dən mübahisə edirlər.

Mübahisə edəcək bir şeyiniz yoxdursa, işinizə baxın, hər dediyimi nümayəndələrinizlə, tanışlarınızla, dostlarınızla, bəzən evdə, bəzən də xarici tanışlarınızla götür-qoy etməyin.

Əgər mübahisə edirsinizsə, gəlin arqumentləri xalqın qabağına qoyun, tələsik “diplomatik sözlər” səsləndirməyək, onsuz da insanların çoxu o dili bilmirlər”, - baş nazir qeyd edib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl Ermənistanın keçmiş hakimiyyətlərinin 1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqları Qarabağın Azərbaycana qaytarılması üzərində apardıqlarını açıqlayıb. Baş nazirin mesajı Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi düşərgələrin sərt təpkiləri ilə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
5
teleqraf.com

1Mənbələr