AZ

Havaydakı ''Kilauea'' vulkanı yenidən püskürüb

ABŞ-nin Havay adasında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri kimi tanınan “Kilauea” vulkanı yenidən aktivləşib.

"Cebheinfo.az" xəbər verir ki, vulkanın püskürdüyü lavanın 80 metr hündürlüyə çatdığı, vulkan qazı və kül buludlarının əmələ gəldiyi açıqlanıb.

Partlayışın 2007-ci ildən ictimaiyyətə bağlı olan milli parkın sərhədləri daxilində baş verməsi mümkün fəlakətin qarşısını alıb.

1924-1952-ci illər arasındakı dövr istisna olmaqla, müntəzəm vulkan püskürmələrinin baş verdiyi Kilauea vulkanı sonuncu dəfə iyun və sentyabr aylarında aktiv olub.

“Kilauea” vulkanının 2018-ci ildə təxminən 3 aya yaxın davam edən püskürmələri 700-dən çox evi dağıdıb.

Seçilən
13
cebheinfo.az

1Mənbələr