AZ

Müdafiə Nazirliyi bu şirkətdən 1,7 milyon manatlıq təkər alır

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.

Valyuta.az xəbər verir ki, tender Azərbaycan Ordusunun avtomobil texnikaları üçün müxtəlif markalı avtomobil şinlərinin satın alınması ilə bağlı idi. 

Tenderin qalibi “İnport”  MMC olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin qiyməti 1 milyon 748 min 597 manatdır.

Qeyd edək ki, “İnport” MMC bu tenderin qalibi olmaqla bu il ərzində Müdafiə Nazirliyindən dördüncü tenderi udur.

Əvəz Həsənov

Seçilən
5
valyuta.az

1Mənbələr