AZ

“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - FOTO + ÖZƏL

“Nəvəm Ağəli hərbi xidmətdədir, bu gün xəstələnib, hərbi hospitalda yatır. Onun üçün çox darıxıram. Allah bütün əsgərləri qorusun, içində də mənim nəvəmi. Oğlumun mənə yadigarıdır, əlbəttə ki, darıxacam. Gəncədədir, əlim çatmır. Verilişlər çıxıram deyə yanına gedə bilmirəm. Türkiyədə qadın bərbərliyini oxuyurdu. Yaşıl diplom da aldı. Orada evi də var, işi də. Vətənə borcunu ödəmək üçün sevə-sevə hərbi xidmətə yollandı”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.
 
Sevimli aktrisa bildirib ki, sənəti ilə bağlı heç bir arzusu yoxdur:
 
 
“Allaha şükür heç bir arzum yoxdur. Teatrda işləsəydim əlbəttə ki, “xalq artisti” fəxri adı alardım. Canım sağ olsun. Mən bu gün elə halal zəhmətimlə aldığım “əməkdar artist” fəxri adımla da xoşbəxtəm. İnanın mənə, bir qapını döymürəm, bir kəsdən onu istəmirəm. Vallah heç bilmirəm xalq artisti fəxri adını alanlar bunu necə alır? Heç bir məlumatım yoxdur. Mənim üçün fərqi yoxdur. Xalqım elə məni xalq artisti kimi tanıyır. Onlar məni, mən də onları sevirəm. Elə xalq artisti tanıyıram ki, mənim qədər sevilmir. Bu sevgi mənim 42 illik teatr həyatımın haqqıdır”.
 
Aktrisa bildirib ki, artıq sənətlə məşğul olmağa fikizi gücü qalmayıb:
 
“Ağır xəstəlikdən sağalmışam. Vaxtilə istədiyim rollar olub, amma indi onları oynaya bilmərəm, artıq vaxt keçib. Heç arzum da deyil. Sənət həyatımdan razıyam. Əvvəlki Kübra deyiləm, sağlamlığımla məşğulam. Həm də artıq əvvəlki tərəf müqabillərimin heç biri qalmayıb. Teatrda çalışdığım müddətdə də hər zaman gənclərə dəstək olmuşam”.
Seçilən
13
moderator.az

1Mənbələr